Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan öz tarixi ənənələrinə sadiq qalaraq mehriban qonşuluq siyasətini ön planda tutur

0

  •      ​ ​ Xalqımız tarixən qonşuluq münasibətlərinə diqqətlə yanaşmışdır. Daima qonşuya od qonşusu, yaxşı qonşu qohumnan da qabağadır deyimlərinə üstünlük vermişik. Amma nə yazıq ki, bütövlükdə götürdükdə doğma Azərbaycanımızın bəxti qonşuluq sarıdan heç gətirməyib. Ölkəmizin yerləşdiyi coğrafi məkanın altı da, üstü də təbii sərvətlərlə zəngin olduğundan, həmişə bizə qonşu olan dövlətlərin gözü bizim torpaqlarda olub. Həmin dövlətlər zaman - zaman əllərinə imkan düşdükcə ölkəmizin ərazisinə hücum etmiş və ya bizə qarşı torpaq iddiaları irəli sürmüşlər. Azərbaycan isə bütün bunların müqabilində onları haqq yoluna dəvət etmiş, dinc - yanaşı yaşamağın hər bir dövlət üçün faydalı olduğunu başa salmağa çalışmış, qonşu dövlətlər hər - hansı bir çətinliyə düçar olduqda, onlara kömək əlini uzatmışdır. Təkcə 2008 - ci ildə Şimal Qərb qonşumuz​ Gürcüstanla Şimal qonşumuz Rusiya arasında böhran yaşananda, Azərbaycanın Gürcüstanı mavi yanacaqla tam təmin edib onları qış aylarında​ donmaqdan xilas etməsi​ deyilənlərin parlaq sübutudur.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan öz tarixi ənənələrinə sadiq qalaraq mehriban qonşuluq siyasətini ön planda tutur. 2022 - ci il oktyabr ayının 24 - də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Gürcüstan respublikasına səfərini ölkəmizin məhz mehriban qonşuluq prinsiplərini ön planda tutan amillərdən biri kimi qeyd etmək olar. Gürcüstanda yüksək səviyyədə qarşılanan Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Baş Nazir İrakli Qaribaşvili ilə danışıqlar aparmış, hər iki ölkənin başçısı dövlətlərarası münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün fikir mübadiləsi etmişlər.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Azərbaycan prezidenti cənab İlham Əliyev çıxışı zamanı Cənubi Qafqazda, eləcə də bütövlükdə Qafqaz regionunda dayanıqlı sülhə nail olunmasının gələcəkə bu ərazilərdə yerləşən bütün dövlətlərin iqtisadi inkişafının yüksək səviyyəyə qalxacağının təminatçısı olduğunu vurğulamışdır. Doğrudan da son illər Gürcüstanla Azərbaycan arasında​ mehriban qonşuluq və qarşılıqlı əməkdaşlıq mühiti höküm sürür. Ölkəmizi Avropa ilə bağlayan Bakı - Tbilisi - Ceyhan neft kəməri, Bakı - Tbilisi - Ərzrum qaz kəməri, Bakı - Tbilisi - Qars dəmir yolu ölkəmizi qonşu və qardaş Gürcüstanla bağlayan nəhəng layihələrdəndir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​  Təəssüf ki, bu əlaqələri qonşuluq münasibətlərini heçə sayan, 30 il Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, ölkəmizə qarşı daim düşmən mövqe sərgiləyən Ermənistanla qurmaq hal - hazırda mümkün deyildir. Məhz sərgilədiyi qeyri - konstruktiv mövqe nəticəsində, Ermənistan Cənubi Qafqazda həyata keçirilən nəhəng layihələrdən kənarda qalmışdır. Halbuki, qoşu dövlət bu layihələrdən böyük iqtisadi səmərə əldə edə bilərdi. Ermənistanın tutduğu yaramaz mövqeyə rəğmən, Azərbaycan yenə də onlara 5 əsas prinsipdən ibarət sülh danışıqları təklif etmişdir. Təklifləri qəbul edən Ermənistan yenə də öz ənənələrinə sadiq qalaraq danışıqlar prosrsini uzatmağa, bölgədə sülhün bərqərar olmasına müxtəlif əngəllər törətməyə çlışır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​     Ölkə Başçısının səfərini Gürcüstanın Baş Naziri İrakli Qaribaşvili də yüksək qiymətləndirmişdir. O, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin olduğunu, beynəlxalq təşkilatlarda hər iki ölkənin bir - birini dəstəkləməsinə diqqəti yönəltdi. Ölkə Prezidentinin Gürcüstana səfəri siyasi, iqtisadi və ticari baxımdan böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin son günlər həyata keçirdiyi səfərlər ölkənin siyasi və iqtisadi baxımdan inkişafına ciddi təkan verir, Azərbaycanın dünyada mövqeyinin möhkəmlənməsinə xidmət edir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Ələddin Əhmədov​,Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib32 dəfə
    Azərbaycan öz tarixi ənənələrinə sadiq qalaraq mehriban qonşuluq siyasətini ön planda tutur

    Maraqlı gələ bilər
    45
    44
    43